“Xəzər” film layihəsi müsabiqəsi başlayıb

“Xəzər” film layihəsi müsabiqəsi başlayıb

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası "Xəzər" film layihəsi müsabiqəsini elan edib. SİA-nın məlumatına görə, müsabiqə çərçivəsində gənc rejissorlar Xəzər dənizi mövzusunda tammetrajlı film layihələrini təqdim edə bilərlər. İlkin mərhələdə layihələrin qəbulu 15 iyun – 15 avqust tarixlərində aparılacaq.

Xəzər dənizi mövzusunda tammetrajlı bədii film layihəsinin büdcəsi 250.000 manatı aşmamalıdır.

Qeyd edək ki, müsabiqə Mədəniyyət və Turizm Nazirliyi, C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyası və ölkəyə dəvət olunacaq bir sıra müstəqil film prodüserlərinin əməkdaşlıq layihəsidir.

Müsabiqədə iştirak etmək üçün lazım olan sənədlər (Azərbaycan, İngilis / Rus dillərində):

• Filmin sinopsisi

• Filmin ssenarisi

• Rejissor rəyi

• Rejissorun filmoqrafiyası (vimeo resursunda)

• Mümkün olduğu təqdirdə məkan və kastinq slaydları.

Növbəti mərhələyə keçən layihələrin müəllifləri (rejissorlar) sentyabr ayı ərzində dəvət olunacaq xarici prodüserlərə ingilis və ya rus dilində pitçinq edəcəklər.

Müraciət üçün ünvan:

E-mail: [email protected]

Tel: (012) 530 13 41

Bütün xəbərlər Facebook səhifəmizdə