"Bu gün Azərbaycanda təxminən 7 minə qədər mədəni irs nümunələri mövcuddur və bunun 20-25 faizə yaxını pasportlaşdırılıb". SİA-nın xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, abidələrin pasportlaşdırılması uzunmüddətli prosesdir.
Ermənistan tərəfindən işğal olunan Azərbaycan ərazilərindəki mədəni irs nümunələrinin də siyahıda olduğunu deyən nazirin sözlərinə görə, torpaqlar geri qaytarılandan sonra onların aqibəti bəlli olacaq: "Azərbaycanda abidələrin pasportlaşdırılması ilə bağlı müvafiq tədbirlər görülür. Ancaq bu istiqamətdəki işlər sürətlə getmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB