Masallıda II Beynəlxalq folklor Festivalı başa çatıb FOTOLAR

Masallıda II Beynəlxalq folklor Festivalı başa çatıb FOTOLAR

Masallıda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan II Beynəlxalq Folklor Festivalına yekun vurulub. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Milli Qurtuluş Gününə həsr olunan festivalın yekun konserti Masallının Heydər Əliyev meydanında baş tutub. Öncə II Beynəlxalq Folklor Festivalında iştirak edən müxtəlif ölkələrin nümyəndələrini təltifetmə mərasimi keçirilib. Təmsil etdikləri ölkələrin milli adət-ənənəsini özündə əks etdirən maraqlı musiqi nömrələri ilə festivalda iştirak edən folklor qruplarına diplomlar və qiymətli hədiyyələr, o cümlədən Azərbaycanın simvollarını özündə əks etdirən suvenirlər verilib. Qonaqlardan Türkiyə nümayəndə heyətinin rəhbəri Adnan Karaca, İran nümayəndə heyətinin rəhbəri Böyükbəy Ələkbəroğlu, Dağıstan nümayəndə heyətinin rəhbəri, Rina Əhmədova və başqaları ölkəmizdə folklor festvalının keçirilməsini yüksək qiymətləndirərək, Azərbaycanın digər sahələrlə yanaşı, mədəniyyət sahəsində də dünyanın lider ölkələrindən birinə çevrildiyini bildiriblər.

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan II Beynəlxalq Folklor Festivalı daha sonra 10-a yaxın ölkədən gələn müxtəlif folklor kollektivlərinin iştirakı ilə maraqlı konsert proqramı ilə davam edib. İncəsənət ustalara müxtəlif rəqslər, milli oyunlar, saz və muğamlar ifa etməklə rəngarəng folklor nümunələrini nümayiş etdiriblər. Sonda Milli Qurtuluş Gününə həsr olunan festivalın yekun konserti atəşfaşanlıqla başa çatıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə