Bu gün "Azərbaycan-Rusiya: Musiqi paralelləri" adlı sərgi nümayiş olunub. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Azərbaycan Respublikasının xalq artisti, tarzən Ramiz Quliyev, Saxa Respublikasının əməkdar artisti, Umberto Cordano adına Opera müğənnilərinin Beynəlxalq müsabiqəsinin laureatı Anna Vasilyevna Dyaçkovskya, Saxa Respublikasının əməkdar artisti, Yakutiya xalqlarının musiqisi və folkloru muzeyinin direktoru Aiza Petrovna Reşetnikova, Beynəlxalq müsabiqələr və Azərbaycan Gənclər mükafatının laureatı Ümidə Abbasova, Respublika müsabiqələr laureatı Tofiq Şıxıyev, media nümayəndələri və başqaları iştirak ediblər.
Sərgidə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, M.İ.Qlinka adına Ümumrusiya Musiqi Mədəniyyəti Muzeyləri Birliyi, Böyük Teatr Dövlət Muzeyi, A.N.Skryabinin xatirə muzeyi, Belarus Respublikasının Teatr Tarixi və Musiqi Mədəniyyəti Muzeyi, N.A Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyası Dövlət Muzeyi, E.F.Qnesinanın xatirə-ev muzeyinin materialları təqdim edilib.
Qeyd edək ki, tədbirin sonunda ifaçılar konsert proqramı ilə çıxış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB