“Azerbaijan Convention Bureau”

Bakı Biznes Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Konqres Bürosunun (Azerbaijan Convention Bureau) təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə,tədbirdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, media nümayəndələri və başqaları iştirak edib.

Konfransı giriş sözü ilə açan Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbir haqqında ətraflı məlumat verib: "Azərbaycan da ilk dəfə turizm sənayesində mühim xidməti olan qurumdur. Ölkəmizdə aparılan geniş beynəlxalq tədbirlərin təşkili, prezidentin səyi nəticəsində forumların baş tutmasını nümunə göstərmək olar. Təkcə keçən ildən 10 böyük tədbir həyata keçirilib. Azərbaycan da bu cür tədbirlərin gerçəkləşməsi turizmin inkişafına böyük tövhələr verir. 2015-ci ildə Azərbaycanda ilk dəfə olimpiya oyunlarının keçirilməsini planlaşdırılır. Həmçinin böyük sərgilərin, tədbirlərin və formların keçirilməsi də nəzərə tutulur. Odur ki, "Azerbaijan Convention Bureau" kimi tədbirlərin baş tutması bizim üçün yenilikdir. Xüsusilə nəzərinizə çatdırım ki, qarşıda bir çox planlarımız var və bunu var gücümüzlə həyata keçirməliyik".

Qeyd edək ki, konfrans iştirakçıların çıxışları ilə sona çatıb.

Foto müəllifə məxsusdur:

Bütün xəbərlər Facebook səhifəmizdə