Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Güşvər Şərifova "Hər şeydən yüksəkdir sözün məqamı" bədii qiraət müsabiqəsində I dərəcəli diploma layiq görülüb. Teatrdan SİA-ya verilən məlumata görə, görkəmli teatr və kino aktyoru, bədii qiraət ustası Müxlis Cənizadənin anadan olmasının 85-ci ildönümü münasibətilə keçirilən "Hər şeydən yüksəkdir sözün məqamı" bədii qiraət müsabiqəsində Azərbaycanın müxtəli teatrlarından ümumilikdə 13 nümayəndə iştirak edib. Birincilik əldə edən Güşvər Şərifova Çingiz Əlioğlunun "Yanşax yetimin nağılı" və Kamil Abdullayevin "Leyli və Məcnun hekayələri" ilə çıxış edib.
Müsabiqəyə qatılan iştirakçılar arasında yaş məhdudiyyəti qoyulmayıb. Onların arasından qalibləri müəyyənləşdirmək üçün xalq artisti Əminə Yusifqızının rəhbərliyi ilə münsiflər heyəti fəaliyyət göstərib. Müsabiqəyə həmçinin Müxlis Cənizadənin tələbələri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları, xalq artisti Ağaxan Salmanlı və aktrisa Sona Babayeva dəvət olunublar.
Məlumat üçün bildirək ki, Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən müsabiqənin məqsədi milli mədəniyyət sahəsində gedən yaradıcılıq proseslərini sürətləndirmək, gənclər arasında bədii qiraətə marağı artırmaq, onların yaradıcılıq imkanlarını genişləndirmək, eyni zamanda yeni istedadları üzə çıxarmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB