Məhəmməd Peyğəmbərin həyatından bəhs edən film çəkilir

Məhəmməd Peyğəmbərin həyatından bəhs edən film çəkilir

Məhəmməd Peyğəmbərin (s) həyatından bəhs edən kinolayihənin reallaşdırılması üzərində iş gedir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ilk film Qətərdə Al-Noor Production tərəfindən çəkilir. Serialın prodüsseri qismində "Üzüklərin hökmdarı" filminin prodüsseri Barri Osborn, dini məsləhətçi qismində isə Yusuf Kardavi dəvət olunub. Filmdə Peyğəmbərin xarici görünüşü nümayiş etidirilməyəcək, ekrandan isə yalnız onun səsi eşidiləcək. Filmin büdcəsinin 1 milyard dollar təşkil etdiyi bildirilir.

İranlı rejissor Məcid Məcidinin "Məhəmməd Peyğəmbər" adlı ikinci filmi isə 30 milyon dollara başa gələcək. Rejissor ötən ilin oktyabrında ekran əsərinin ilkin fotosessiyasını tamamlayıb. Sözügedən film CAR-da çəkilir və görünür, elə bu səbəbdən M.Məcidi belə sərbəstdir. Filmdə üz cizgiləri verilmədən Peyğəmbərin (s) silueti göstəriləcək.

Qeyd edək ki, İslam banisinin həyatından bəhs edən ən məşhur film Entoni Kuinin 1977-ci ildə çəkdiyi "Peyğəmbər" filmi hesab olunur. Həmin vaxt amerikalı prodüsserlər filmi maliyyələşdirməkdən imtina etdikləri üçün ekran əsəri Liviyanın lideri Müəmmar Qəddafinin vəsaiti hesabına çəkilib. Filmdəki hadisələr Peyğəmbərin (s) obrazını nümayiş etdirmədən onun nöqteyi-nəzəri ilə verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə