Bu gün Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə təqdim edib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin, Milli Azərbaycan Tarix Muzeyinin direktoru Nailə Vəlixanlı, Milli Azərbaycan Tarixi Muzeyinin xarici əlaqələr və sərgilərin təşkili şöbəsinin müdiri Səbuhi Əhmədov, media nümayəndələri və başqaları iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Milli Azərbaycan Tarix Muzeyinin direktoru Nailə Vəlixanlı tədbir haqqında məlumat verib: "Bu gün bizim üçün çox əlamətdar gündür. Rusiyanın Azərbaycandakı səfiri cənab Vladimir Doroxin Rusiya Federasiyasının prezidenti Vladimir Putinin hədiyyəsini muzeyimizə gətirib. Bu hədiyyə 1812-ci ildə Rusiyada baş verən müharibənin təltifləridir. Biz də bu hədiyyələri çox böyük məmnuniyyətlə qəbul etdik. Çünki bu medalların bizə verilməsi adi hadisə deyil. Bunu Rusiya-Azərbaycan arasında qədim dostluq əlaqəsinin təcəssümü kimi göstərmək olar. Onu da deyim ki, Azərbaycan döyüşçülərinin, generallarının, zabitlərinin də belə medallar və ordenlərlə təltif etməsi təsadüfü hal deyil. Biz də arzulayırıq ki, bizə təqdim olunmuş medallar Rusiya və Azərbaycan arasındakı dostluq tellərinin daha da möhkəmlənməsinə səbəb olsun. Ümid edirik ki, Rusiya ilə Azərbaycan döyüşçüləri üz-üzə deyil, çiyin-çiyinə olacaqlar".
Milli Azərbaycan Tarixi Muzeyinin xarici əlaqələr və sərgilərin təşkili şöbəsinin müdiri Səbuhi Əhmədov tədbirin keçirilməsinin əsas məqsədlərindən söz açıb: "Bu günü keçirtməyimizdə əsas səbəb 1812-ci ildə Rusiayanın Napoleona qarşı apardığı müharibənin bütün döyüşlərini əks etdirən 12 ədəd medal nümayiş olunub. Bu medallar komplektini Rusiya prezidenti Vladimir Putin Milli Azərbaycan Tarix Muzeyinə hədiyyə edib. XIX əsrdə bu medallar tanınmış rusiyalı medalyer qraf Fyodr Tolstoy tərəfindən düzəldilib. O komplektin bir nüsxəsi bizim muzeyə hədiyyə olunub. Bizdə bu hədiyyəni üzə çıxararaq Azərbaycan və Rusiya ölkələrinin möhkəm olmasına yardımçı olmaq istəyirik".
Qeyd edək ki, tədbirin davamında Milli Azərbaycan Tarix Muzeyinin direktoru Nailə Vəlixanlı Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxini muzeydəki qədim əşyalarla tanış edib.
Foto müəllifə məxsusdur:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB