Nazirlərin 1-ci Görüşünün nəticələrinə dair Bəyannamə qəbul olunub
Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində nazirlərin 1-ci görüşünün nəticələrinə dair Bəyannamə qəbul olunub. SİA-nın məlumatına görə, sənəddə forumda iştirak edən nümayəndə heyətlərinin rəhbərləri və mədəniyyət və turizm nazirləri Azərbaycanın Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu iki ildən bir təşkil etmək qərarını alqışlayıblar. BMT, UNESCO, Sivilizasiyalar Alyansı və digər beynəlxalq və regional təşkilatların müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında etimadın qurulması, qarşılıqlı hörmət və anlaşmanın yaradılması istiqamətindəki fəaliyyəti dəstəklənib.
Bundan əlavə, Bəyannamədə bütün xalqlar üçün sülhün, ədalətin və əmin-amanlığın yaradılması məqsədilə münaqişələrin sülh yolu ilə həllinin vacibliyi vurğulanıb.
Forum iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevin Forum iştirakçılarına müraciətində mədəniyyətlər və sivilizasiyalar arasında körpünün qurulması ilə bağlı səsləndirdiyi dəyərli fikirləri yüksək qiymətləndiriblər.
Sənəddə II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları tədbiri yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycan hökumətinə təşəkkür bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB