"Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu sessiyalaral öz işini davam etdirir.

"Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu sessiyalaral öz işini davam etdirir.

"Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu sessiyalaral öz işini davam etdirir. SİA-nın xəbərinə görə, "Tarixin tədrisi vasitəsilə Mədəniyyətlərarası dialoq: ən yaxşı təcrübələr və çətinliklər" işçi sessiyası Sofiya (Bolqarıstan) Milli və Ümumdünya İqtisadiyyat Universitetinin professoru Vasil Prodanovun moderatorluğu ilə keçib.

Tədbir iştirakçılarına əvvəl son illər Azərbaycanın mədəni həyatında baş verən hadisələrin təsviri olan qısa sənədli film nümayiş olunub.

Daha sonra moderator Vasil Prodanov bildirb ki, bu sessiyada doqquz məruzə olacaq.

İlk olaraq Bolqarıstan Respublikasının sabiq prezidenti Georgi Parvanov çıxış edərək Azərbaycanda ölkəsinin təmsilçisi olduğu üçün fəxr etdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin "Azərbaycan əsl tolerant ölkə nümunəsidir" ifadəsinin canlı şahidi olub: "Hazırki tədbir həm də qarşılıqlı etimada zəmin yarada bilər. Amma mədəni əlaqələr kontekstində daha dəyərli nəticələrə nail olunmalıdır. Elə bir vaxt yetişib ki, mədəni dəhlizlərin şərq istiqamətində inkişafına daha çox diqqət yetirilməlidir".

Sabiq prezident bildirib ki, Bakıda keçirilən forum artıq mühüm platformaya çevrilir. O qeyd edib ki, müxtəlif regionların təbii sərvətləri onları ayırımır, əksinə birliyi nümayiş etdirir. Parvanov forumdan sonra artıq konktret addımlara başlamaq təklifi ilə çıxış edib. Bu xüsusda o məhv olunan mədəniyyət nümunələrinin mühafizəsi, beynəlxalq mütəxəssis şəbəkəsinin formalaşdırılmasını qeyd edib. Keçmiş prezidentin sözlərinə görə, şəbəkənin yaranması ölkələr arasında əlaqələrin möhkəmlənməsinə yardım edəcək. Eyni zamanda o bildirib ki, Qərb və Şərq ölkələrinin mədəniyyət sahəsində daha geniş əlaqələrinə ehtiyac duyulur: "Ünsiyyət strategiyası effektivdir. Biz mədəni dəhlizləri şərqə doğru dərinləşdirməliyik. Bunun üçün mütəxəssis şəbəkələri yaradılmalı və onlar əlaqələndirici rol oynamalıdırlar".

Xorvatiyanın prezidenti Stjepan Mesic öz çıxışında belə bir faktı vurğulayıb ki, Yuqoslaviya parçalanandan sonra ölkə ümummilli və Ümummavropa mədəniyyətini qorumaqla qorxu və xofdan müstəqil siyasətə keçə bildi.

YUNESCO-nun baş katibi İrina Bokova iştirakçıların diqqətini belə bir məsələyə cəlb etdi ki, bu yüksək qurum 2005-ci ildə Varnada (Bolqarıstan) keçirilən sammitdə "Mədəni dəhlizlər" təşəbbüsünü tezliklə həyata keçirməyə nail oldu. Malidə, Suriyada dağıdılan mədəni abidələr təkcə müsəlmanlara aid deyil. Onlar ümummdünya dəyərləridir.Təbii ki, dağılan binalar ümumdünya mədəniyyət itkisidir.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın perspektivindən danışarkən mədəni əlaqələr və din məsələsinə toxunub. Bildirib ki, ölkəmiz tarixən mədəniyyətlərin qovşağında yerləşib. Həm də çoxmillətli, eyni zamanda tolerant ölkədir: "Ona görə də Azərbaycan dünya təsisatlarına çox asanlıqla cəlb olunub. İşğal altında olan 20 faiz torpaqlarımızda yerləşən dini və milli-mədəniyyət abidələri dağıdılıb.

Nazir çıxışının yekununda qeyd edib ki, müasir gənclər mədəniyyətlərarası dialoqun vacibliyini hiss etməlidirlər. Bu, strategiyanın əsas tərkib hissəsi olmalıdır.

İş gününün sonuna qədər 9 məruzə dinlənilib. Çıxışçılar mədəni irsin, mədəniyyət dəhlizlərinin davamlı inkişafın vacibliyini vurğulayıblar. Etibarsızlığa son qoyulması, şərqə doğru inkişafın zəruruiliyi, mədəni irsin gənclərə etibar məsələsi önə çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə