"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən ikinci Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində BMT-nin Sivilaziyalar Alyansı tərəfindən elan olunmuş "Do One Thing" adlı kampaniyanın yekunu təqdim olunub.
SİA-ya verilən məlumata görə, Dənizkənarı Milli Parkda keçirlən tədbirdə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nassir Abdulaziz Nasser iştirak edib.
Çıxış edən nazir Əbülfəs Qarayev tədbirin nəticələrinin mədəniyyətlərarası dialoqa öz töhfələrini verəcəyini qeyd edib.
BMT-nin bu kampaniyasında Azərbaycanı "Bir foto çək" adlı aksiyası ilə "Böyük İpək Yolu" BGT təmsil edib. Təşkilat Avstriya, Braziliya, Belçika, Nigeriya və digər ölkələrlə birgə öz yekunlarının təqdimatını edib.
Qeyd edək ki, "Böyük İpək Yolu" BGT-nin baş katibi Aydan Kərimli aparılmış kampaniya haqqında geniş məlumat verib və bu aksiyaya qoşulan gənclərin fotoları böyük ekranda nümayiş etdirilib.

.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB