"Bakıda müzakirə edəcəyimiz məsələlər dünyada əks-səda doğuracaq"

"Bakıda müzakirə edəcəyimiz məsələlər dünyada əks-səda doğuracaq"

"Bakıda mədəniyyətlərin bir araya gəldiyi II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti var". SİA-nın məlumatına görə, bunu BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz əl-Naser bu gün keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu tədbir müasir dünyada müxtəliflik və inkluzivliyin göstəricisidir: "Bu, bizim üçün ksenofobiya və marqinalizasiyanın yolverilməzliyinə aid çox zəruri kompasdır. Təəssüf ki, dünyanın bəzi regionlarında hələ də bir millətin digər milətə qarşı dözümsüzlük təzahürləri var və bu hal çox təhlükəlidir. Hər cəmiyyətin ldieri üçün buna yol verməmək vacib vəzifədir. Biz dövlət başçılarından buna məsuliyyətlə yanaşmağı tələb edirik. Belə hallara yol verməmək məqsədi ilə Sivilizasiyalar Alyansı yaradılıb, Alyansın çox böyük önəmi var".

Ali nümayəndə deyib ki, bu işdə KİV, biznes sektoru və vətəndaş cəmiyyəti birgə iştirak etməlidirlər.

Onun fikrincə, yeni mentallıq və müxtəlifliyiə qarşı yeni münasibət yeni reallıq yaradacaq: "Ümid edirəm ki, Bakıda müzakirə edəcəyimiz məsələlər dünyanı hər yerində əks-səda doğuracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə