"Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək böyük fəxrdir"

"Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək böyük fəxrdir"

"Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək böyük fəxrdir". SİA-nın məlumatına görə, bunu YUNESKO-nun baş direktoru İrina Bokova "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" şüarı altında bu gün keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı bildirib.

Bokova yaradılan bu imkana görə Azərbaycan Prezidenti İlham Əliyevə və ölkənin birinci xanımı Mehriban Əliyevaya təşəkkürünü bildirib: "Azərbaycan mədəniyyət mərkəzinə çevrilib. İçəri şəhər artıq YUNESKO-nun "Dünya irsi siyahısı"na daxildir, Novruz bayramı da həmçinin muğam kimi "Qeyri-maddi mədəni irs siyahısı"na daxil edilib.

Onun sözlərinə görə, indiki mürəkkəb münaqişələr və böhranlar şəraitində həm ölkələr arasında, həm də ölkə daxilində mədəni müxtəlifliyin inkişafının yeni imkanlarının açılması çox vacibdir: "YUNESKO üçün sülh təkcə iqtisadi və siyasi fəaliyyətlərin köməyi ilə deyil, həm də intellektual səviyyədə əldə edilir. Dialoqun yeni formalarına ehtiyac var və buna görə də 2013-2022-ci illər Mədəniyyətlərin Yaxınlaşmasının Beynəlxalq Dekadası elan edilib".

Bütün xəbərlər Facebook səhifəmizdə