Milli Tolerantlıq Mərkəzinin beynəlxalq təqdimat mərasimi keçirilib
Bu gün II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən Milli Tolerantlıq Mərkəzinin beynəlxalq təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, ilk olaraq tədbirin iştirakçılarına "Azərbaycan- Tolerantlıq məkanı" adlı qısametrajlı film təqdim olunub.
İlk olaraq çıxış edən DQİDK-in sədri Elşad İskəndərov Milli Tolerantlıq Mərkəzinin yaradılmasının əsas məqsədləri və perspektiv fəaliyyət istiqamətləri barədə təqdimat edərək ölkəmizdəki mövcud tolerantlıq barədə məlumat verib.
BMT-nin Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Nasir Əbdüləziz- naser çıxışı zamanı qeyd edib ki, bu təşəbbüs Azərbaycanda dinlərarası münasibətlərin daha da möhkəmlənməsində xüsusi rol oynayacaq.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev artıq ikinci dəfədir ki, ölkəmizdə keçirilən Forum çərçivəsində Milli Tolerantlıq Mərkəzinin təqdimatının təsadüfi olmadığını və bu mərkəzin dinlərarası və mədəniyyətlərarası tolerantlığa töhfə verəcəyini qeyd edib.
Daha sonra İSESKO-nun baş direktoru Əbdüələziz Osman əl- Tveyeri Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edərək bildirib ki, məhz ölkəmizdə Milli Tolerantlıq Mərkəzinin yaradılması vaxtında atılan addımdır. O dəfələrlə ölkəmizdə olduğunu deyərək əlavə edib ki, bu dünyaya nümunə ola biləcək bir modeldir.
Tədbirdə həmçinin YUNESKO-nun baş direktoru İrina Bokovanın təbrik məktubu oxunub.
Sonda İSESKO və BMT- Azərbaycan ilə DQİDK arasında ikitərəfli əməkdaşlığa dair memorandum imzalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB