“Zirvələrə doğru” müsabiqəsinin yekun konserti keçirilib FOTO

“Zirvələrə doğru” müsabiqəsinin yekun konserti keçirilib FOTO

Heydər Əliyev Sarayının təşkilatçılığı ilə 28 may- Respublika Gününün 95 illiyinə həsr olunan "Zirvələrə doğru" müsabiqəsinin yekun konsert proqramı keçirilib. SİA-nın məlumatına görə, muğam, xalq və estrada mahnıları, aşıq, bədii qiraət və müxtəlif musiqi alətlərində ifaçılıq bacarığı olan qalib iştirakçılar yekun konsertdə böyük uğurla çıxış ediblər. Hər bir musabiqə qalibi diplom və hədiyyələrlə təltif olunublar.

Qeyd edək ki, "Zirvələrə doğru" konsert-musabiqəsinə fevralın 1-dən start verilib. İlk seçim turundan sonra çoxsaylı müraciətləri nəzərə alaraq, martda ikinci seçim turu keçirilib. İki seçim turunun nəticəsinə görə, Azərbaycanın məşhur mədəniyyət və incəsənət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən seçilən daha istedadlı iştirakçıların mayda böyük konsert proqramının keçirilməsinə qərar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə