İyun ayının 5-i Azərbaycanda "Şairlər günü " qeyd olunacaq. SİA-nın verdiyi xəbərə görə, 3 il əvvəl Şairlər Birliyinin rəhbəri şair Xəyal Rzanın təklifi və təşkilatçılığı ilə əsası qoyulan bu tədbir bu il "Govhar Group"un yaxından iştirakı və təşkilati dəstəyi ilə daha geniş miqyasda keçiriləcək. Mərasim Muğam Mərkəzində baş tutacaq.
Nəzərinizə çatdıraq ki, builki "Şairlər günü"ndə dünyanın 6 ölkəsindən tanınmış şair və ədəbiyyatçılar, sənət adamları və musiqiçilər iştirak edəcək.
Qeyd edək ki, XX əsr Azərbaycan şeirinin öncülərindən biri olan unudulmaz şair Mikayıl Müşviqin doğum günü ilə "Şairlər günü"nün üst-üstə düşməsi təsadüfi hal deyil. Bu həm bütövlükdə poeziyaya, həm də milli şeirimizin çox sevilən nümayəndəsinə olan hörmətin təzahürüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB