Səsvermə arası "Eurovision- 2013"ün qalibi Loreen səhnəyə çıxıb. SİA-nın məlumatına görə, o səhnədə gözəl performansı ilə repertuarında yer alan "we got the power", "my heart is refusing me" və ona qalibiyyət sevinci yaşadan "euphoria" mahnılarını sintez şəkildə ifa edib.
Daha sonra ölkələr nəzərdə tutulan balları ölkələr arasında paylaşdırıblar. Hər bir ölkənin aparıcısı tərəfindən canlı yayımda elan olunan ən yüksək xallar aşağıdakı ölkələrə verilib.
12 xalı
San Marino- Yunanıstana;
İsveç- Norveçə;
Albaniya- İtaliyaya;
Hollandiya- Belçikaya;
Avstraliya- Azərbaycana;
Birləşmiş Krallıqlar- Danimarkaya;
İsrail- Azərbaycana;
Serbiya- Danimarkaya;
Ukrayna- Belarusa;
Macarıstan- Azərbaycana;
Rumıniya- Moldovaya;
Moldova- Ukraynaya;
Azərbaycan- Ukraynaya;
Norveç- İsveçə;
Ermənistan- Ukraynaya;
İtaliya- Danimarkaya;
Finlandiya- Norveçə;
İspaniya- Danimarkaya;
Belarus- Ukraynaya;
Latviya- Rusiyaya;
Bolqarıstan- Azərbaycana;
Belçika- Hollandiyaya;
Rusiya- Azərbaycana;
Malta- Azərbaycana;
Estoniya- Rusiyaya;
Almaniya- Macarıstana;
İslandiya- Danimarkaya;
Fransa- Danimarkaya;
Yunanıstan- Azərbaycana;
İrlandiya- Danimarkaya;
Danimarka- Norveçə;
Montoneqro- Azərbaycana;
Sloveniya- Danimarkaya;
Gürcüstan- Azərbaycana;
Makedoniya- Danimarkaya;
Kipr- Ukraynaya;
Xorvatiya- Ukraynaya:
İsveçrə- İtaliyaya;
Litva isə Azərbaycana səs verib.
Bununla da, İsveçin Malmö şəhərində keçirilən "Eurovision 2013" mahnı müsabiqəsinin qalibi Danimarka təmsilçisi Emmili de Forest olub. Səsvermənin nəticəsinə əsasən, o, 281 xal toplayıb.
Azərbaycanı müsabiqədə təmsil edən Fərid Məmmədov 234 xalla 2-ci olub. O, musiqisi Dimitros Kontopulos, sözləri Con Ballard və Ralf Çarliyə məxsus "Hold me" mahnısını səsləndirib.
Müsabiqədə 3-cü yeri 214 xal toplayan Ukrayna təmsilçisi tutub.
Qeyd edək ki, gələn ilki 59-cu Eurovision mahnı müsabiqəsi Danimarkada keçiriləcək.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB