Möhtəşəm final gecəsi davam edir FOTOLAR

Möhtəşəm final gecəsi davam edir FOTOLAR

Bir neçə saatdan sonra "Malmö Arenada" Eurovision- 2013 mahnı müsabiqəsinin qalibi bəlli olacaq. SİA-nın məlumatına görə, finalda təmsil olunan 26 ölkədən 20-si mayın 14-ü və 16-sı keçirilən yarımfinal mərhələlərində yarışaraq vəsiqə qazanıb. 6 ölkə isə final şousuna birbaşa vəsiqə qazanıb. Ev sahibi ölkə İsveç, eləcə də "Böyük beşlik" adlanan ölkələr - Böyük Britaniya, İspaniya, Fransa, Almaniya və İtaliyadır.

Builki müsabiqə bir aparıcı tərəfindən təqdim olunub. Məşhur yumor ustası Petra Mede şou ərzində zarafatlarındanda qalmayıb.

Məlumat üçün bildirək ki, 39 iştirakçı ölkənin televiziya tamaşaçıları Finalda xoşlarına gəldiyi mahnıya səs verə biləcəklər. Yalnız bütün mahnılar ifa olunandan sonra səsvermə üçün ayrılan 15 dəqiqə ərzində səs vermək olar.

Telesəsvermə hər ölkənin milli səslərinin 50%-ni təşkil edəcək, digər 50% hər bir iştirakçı ölkənin 5 nəfərdən ibarət ekspert münsiflər heyəti tərəfindən müəyyən olunacaq. Hər bir ölkənin toplanmış səsləri Eurovision sxemi üzrə ötürüləcək: 12 xal birinci ölkəyə, 10 xal ikinci yerə və yerdə qalan 8-dən 1-ə kimi olan xallar 3-cü yerdən 10-cu yerə kimi layiq görülən ölkələrə veriləcək və bu xallar hər bir ölkənin aparıcısı tərəfindən canlı yayımda elan olunacaq. Bu il Azərbaycanın səslərini aparıcı Tamilla Şirinova təqdim edəcək.

Qeyd edək ki, Azərbaycan təmsilçisi Fərid Məmmədov "Hold Me" mahnısı ilə 20 nömrə altında çixıs edəcək. Biz Fəridə uğurlar arzu edirik və xaricdə yaşayan vətandaşlarımızı ona səs verməyə çağırırıq!

Şou Bakı vaxtı ilə gecə saat 00:00-da başlayıb və yarışmanın yayım hüququ hər zaman olduğu kimi İctimai Kanala məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə