"Yaxın zamanlarda Sərttar Bəhlulzadənin muzeyinin açılışı nəzərdə tutulur. Azərbaycanın regionlarında bir neçə diyarşünaslıq muzeyləri isə yeni binalara köçürülür". SİA-nın məlumatına görə, bunu açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Onun sözlərinə görə, hazırda R.Mustafayev adına Milli incəsənət muzeyinin daha bir korpusu və saxlanma yerlərinin təqdimatı istiqamətində hazırlıq işləri gedir: "Müstəqillik gününə həsr olunan xüsusi ekspozisiya hazırlanır. II Ümumdünya Mədəniyyətlərarası dialoq forumuna gələn qonaqların muzeylərimizə ekskursiyası nəzərdə tutulub".
Nazir onu da qeyd edib ki, sentyabrın sonunda Xalça muzeyi istifadəyə veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB