"Muzey: Yaddaş + kreativlik=sosial dəyişikliklər"

"Muzey: Yaddaş + kreativlik=sosial dəyişikliklər"

Beynəlxalq Muzeylər Günü və Muzeylər Gecəsi ilə əlaqədar olaraq ölkəmizin bütün muzeylərində Açıq Qapı günü elan edilib. SİA-nın məlumatına görə, bu gün Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Beynəlxalq Muzeylər Şurası İCOM-un təklifi ilə "Muzey: Yaddaş + kreativlik=sosial dəyişikliklər" adlı silsilə tədbirlər keçirilib. SİA-nın məlumatına görə, bu silsilədən görkəmli Azərbaycan şairi Məhsəti Gəncəvinin 900 illiyinə həsr olunan tədbirdə muzeyin Qədim Musiqi Alətləri Ansamblının müşayiəti ilə əməkdar artist Nuriyyə Hüseynovanın ifasında şairin rübailəri əsasında muğamlar səsləndirilib.

Daha sonra Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri Ansamblının gənc ifaçısı Fəzilə Rəhimova və gitara ifaçısı Samir Cəfərovun ifasında musiqilər səslənib, muzeyin Klassik Musiqi Həvəskarları Klubunun 5 illik yubileyi münasibəti ilə hazırlanan "Niyazi arxivinin illüstrasiyalı kataloqu"nun təqdimatı olub.

Sonda, gənc istedadların ifasında Etnocaz (muğam-caz) musiqisi təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə