Heydər Əliyev Sarayı xeyriyyə konserti keçirib FOTO

Heydər Əliyev Sarayı xeyriyyə konserti keçirib FOTO

Heydər Əliyev Sarayının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan silsilə xeyriyyə konsertləri keçirilib. SİA-nın məlumatına görə, xeyriyyə konsertləri 14, 15 və 16 mayda 22 saylı psixo-nevroloji dispanserdə (Zabrat), Bakı şəhəri Uşaq psixo-nevroloji mərkəzində və Autizmdən əziyyət çəkən uşaqların iştirakı ilə Suraxanı rayon Mədəniyyət evində baş tutub.

Xeyriyyə konsertlərində iştirak edən xalq artisti Səməd Səmədov, əməkdar artistlər Ədalət Şükürov, Gülyanaq Məmmədova, müğənni Rəşad İlyasov, muğam ifaçısı Arzu Əliyeva, aşıq Samirə, Vüqar Məmmədov, Şamil Qafarov, Taleh Yəhyayev, Rauf Bədəlzadə, "Səmum" qrupu uşaqları təbrik edərək, onlara musiqili hədiyyələrini təqdim ediblər. Konsertlərdə Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları və estrada mahnıları səsləndirilib.

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan xeyriyyə konsertlərini keçirməkdə məqsəd fiziki qüsurlu, əlil, xəstə uşaqlara mənəvi dayaq olmaq, onların əhval ruhiyyələrini yaxşılaşdırmaqdır.

Qeyd edək ki, tanınmış incəsənət xadimlərinin iştirakı ilə yenidən bir neçə xeyriyyə konsertinin keçirilməsi planlaşdırılır. Bundan əlavə, Sarayın rəhbərliyi mayın 25-də keçiriləcək Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan konsertə də kimsəsiz, fiziki qüsurlu, əlil uşaqları təmənnasız olaraq dəvət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə