Azərbaycan finala vəsiqə qazandı

İsveçin Malmö şəhərində keçirilən "Eurovision- 2013" mahnı müsabiqəsinin II yarımfinal mərhələsi başa çatdı. SİA-nın məlumatına görə, 17 ölkə arasından 10-u finala vəsiqə qazana bilib.

Finala keçən ölkələr Macarıstan, Azərbaycan, Gürcüstan, Rumıniya, Norveç, İslandiya, Ermənistan, Finlandiya, Malta və Yunanıstan olub.

II yarımfinalda iştirak edən Albaniya, Bolqarıstan, Makedoniya, Gürcüstan, İsrail, Latviya, San Marino və İsveçrə finala keçə bilməyən ölkələr olub.

Məlumat üçün bildirək ki, mayın 18-də keçiriləcək final mərhələsində 26 ölkə çıxış edəcək. Həmin ölkələr sırasına Moldova, Litva, İrlandiya, Estoniya, Belarus, Danimarka, Rusiya, Belçika, Ukrayna və Hollandiya, Macarıstan, Azərbaycan, Gürcüstan, Rumıniya, Norveç, İslandiya, Ermənistan, Finlandiya, Malta və Yunanıstan olub.

Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya, Fransa (müsabiqənin yaradıcıları) və İsveç (ev sahibi) birbaşa finalda çıxış edəcəklər.

Məlumat üçün bildirək ki, İsveçin üçüncü böyük şəhəri olan Malmö hələ 1992-ci ildə "Eurovision"a ev sahibliyi edib. Müsabiqənin qaydalarına görə, bir il əvvəlki müsabiqənin qalibinin təmsil etdiyi ölkə növbəti ildə "Eurovision"a ev sahibliyi edir. Ötən il Bakıda keçirilən müsabiqədə isveçli müğənni Lorin "Euphoria" mahnısı ilə qalib olmuşdu. Bu il müxtəlif səbəblərdən Andorra, Bosniya və Hersoqovina, Lüksemburq, Monako, Polşa, Portuqaliya, Slovakiya, Türkiyə, Çexiya iştirak etməyib. Ötən il Bakıdakı müsabiqədə iştirak etməyən Ermənistan isə bu il iştirakını bərpa edib.

Bütün xəbərlər Facebook səhifəmizdə