Təmsilçimiz Fərid Məmmədov şou səhnəsində 4-cü çıxış edərək, "Hold me" sevgi balladasını səsləndirib. SİA-nın məlumatına görə, mahnının musiqisi Dimitrios Kontopoulos, sözləri Con Ballard və Ralf Çarliyə məxsusdur.
Məşhur rejissor Fokas Evangelinos təmsilçimizin səhnə quruluşunu hazırlayıb. Müğənnini səhnədə simvolik obrazları əks etdirən iki rəqqas müşayiət edib.
Təmsilçimizin şousunda təmiz, ülvi hiss olan sevgidə baş verən dəyişikliklər səhnə performansındakı qapalı qutuda təcəssüm olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB