Fokus kino jurnalının növbəti sayı işıq üzü görüb. Jurnalın naşiri və Gənc Film İstehsalçıları Assosiasiyasının rəhbəri Əli İsa Cabbarovun SİA-ya verdiyi məlumata görə, jurnalın əsas məqsədlərindən biri kinematoqrafiyamızda gedən prosesləri analiz edib proqnozlar verməkdir.
Onun sözlərinə görə, jurnal Prezident İlham Əliyevin fərmanı ilə 2008-ci ildə təsdiqlənən "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"nın mətni ilə açılır: "Bu da təsadüfi deyil. Proqramın qəbulundan 5 i lmüddət keçib. Artıq müəyyən nəticələri analiz etmək olar. Fokus kinossenarilərə yer ayıran nadir jurnallardandır. Bu nömrədə Vaqif Əlixanlının "Karvansara" ekran üçün povesti çap olunub. Bu nömrədə yeni "rejissor emalatxanası" rubrikası debüt edib. Rubrikanın məqsədi oxucuları rejissorların yaradıcılıq mətbəxi ilə tanış etmək, realizə etmədiyi planları haqda danışmaqdır. Rubrikanın qonağı rejissor Vəli Səyyadi olub".
Məlumat üçün bildirək ki, jurnalın bu sayında oxuculara Aydın Dadaşov, Aygün Aslanova, Aliyə Dadaşova, Qan Turalı, Sevda Sultanova və Şahane Urfanın müəllif məqalələrini, Rafiq Quliyev, Vidadi Həsənov, Rövşən İsax, İlqar Fəhmivə Yılmaz Güneyin assistentinin müsahibəsini, Mirbala Səlimlinin Aleksey German haqda xatirələrini, rejissor Şamil Əliyevin "Çölçü", S. Spilberqin "Linkoln", P.T. Andersonun "Master" filmin resenziyaları, Ulrix Zaydl və Vim Vendersin portretlərini təqdim edib.
Qeyd edək ki, Prezident yanında Gənclər Fondunun maliyyəsi ilə reallaşan "Fokus" Yaradıcı Gənclərin Kino Evi layihəsi çərçivəsində "Fokus" jurnalının nəşrindən başqa klassik filmlərin baxışları silsiləsi və master-klaslar təşkil olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB