Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunda gənc rəssam Leyla Şirəlinin "Rənglərin istisində" adlı fərdi sərgisi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ilk olaraq çıxış edən YUNESKO Rəssamlar Birliyinin üzvü Sakit Məmmədov Leyla Şirəlini təbrik edib, onun gələcəkdə tanınmış bir rəssam kimi uğurlar qazanacağına əminliyini bildirib.
"Leylanın çirkdən uzaq, tərtəmiz rənglərdən istifadə etməsi onun daxili aləminin saflığından xəbər verir. İstərdim ki, Leyla rəssamlıq dünyasının Leylası, tamaşaçıları isə sənətinin Məcnunlarına çevrilsin"- deyən Sakit Məmmədov ilk fərdi sərginin gənc rəssamın yaradıcılığında böyük önəm daşıyacağını qeyd edib.
Tədbirdə Birləşmiş Krallığın nümayəndəsi Piter Vonq, həmçinin istedadlı rəssam Turan Muxtarzadə təbriklərə qoşularaq Leyla Şirəliyə yaradıcılıq uğurları arzulayıblar.
Qeyd edək ki, 40-a yaxın müxtəlif rəngkarlıq nümunələrinin nümayiş olunduğu sərgi 3 gün müddətində davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB