İsveçin Malmö şəhərində keçirilən "Eurovision- 2013" mahnı müsabiqəsinin I yarımfinal mərhələsi başa çatdı. SİA-nın məlumatına görə, 16 ölkə arasından 10-u finala vəsiqə qazana bilib.
Finala keçən ölkələr Moldova, Litva, İrlandiya, Estoniya, Belarus, Danimarka, Rusiya, Belçika, Ukrayna və Hollandiya olub.
I yarımfinalda iştirak edən Sloveniya, Xorvatiya, Monteneqro, Kipr, Belçika və Serbiya finala keçə bilməyən ölkələr olub.
Məlumat üçün bildirək ki, mayın 16-da baş tutacaq II yarımfinal mərhələsində 17 ifaçı çıxış edəcək. Həmin ölkələr sırasına Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Makedoniya, Finlandiya, Gürcüstan, Yunanıstan, Macarıstan, İslandiya, İsrail, Latviya, Malta, Norveç, Rumıniya, San Marino və İsveçrə daxildir. Hər yarımfinaldan 10 iştirakçı finala vəsiqə qazanacaq. Böyük Britaniya, Almnaiya, İspaniya, İtaliya, Fransa (müsabiqənin yaradıcıları) və İsveç (ev sahibi) birbaşa finalda çıxış edəcəklər.
Qeyd edək ki, Azərbaycanı yarışmada təmsil edəcək Fərid Məmmədov II yarımfinalda 4-cü nömrə altında çıxış edəcək.
Samirə Abdullayeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB