Azərbaycanın "Eurovision-2013" mahnı müsabiqəsindəki təmsilçisi Fərid Məmmədovun tanıtım materialı hazırlanıb. SİA-nın məlumatına görə, tanıtım materialına üzərinə Fərid Məmmədovun və "Hold me" mahnısının adı yazılmış köynəklər və qələm daxildir.
Eyni zamanda, tanıtım materialı içərisində təmsilçimizin bu müsabiqədə ifa edəcəyi mahnının daxil olduğu xüsusi disk də var. Bu tanıtım materialı müsabiqəni işıqlandıran xarici jurnalistlərə və yarışmanı izləmək üçün dünyanın müxtəlif ölkələrindən gəlmiş fanatlara hədiyyə edilir.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB