İsveçin Malmö şəhərində keçirilən "Eurovision- 2013" mahnı müsabiqəsi həyacanı artıq başladı. SİA-nın məlumatına görə, ilk olaraq səhnəyə çıxan "Eurovision-2013" şousunun aparıcısı Petra Mede bu mötəbər layihənin tamaşaçılarını salamlayıb. O keçən il Azərbaycanda keçirilən yarışma barədə məlumat verərək ölkəmizə təşəkkürünü bildirib.
Bu gün İsveçdə İşarə dili gününün qeyd edildiyini deyən Petre Mede bildirib ki, isveçli müğənni Lorinin "Euphoria" mahnısının qalib gəlməsi ilə yarışmaya bu il İsveç ev sahibliyi edir.
Daha sonra səhnəyə "Shine" mahnısı ilə Avstriya təmsilçisi Natalie Kelli çıxıb.
Məlumat üçün bildirək ki, "Malmö arena"da keçirilən müsabiqədə 39 ölkədən müğənnilər iştirak edəcəklər. İsveçin üçüncü böyük şəhəri olan Malmö (əhalisi 300 min) hələ 1992-ci ildə "Eurovision"a ev sahibliyi edib. Müsabiqənin qaydalarına görə, bir il əvvəlki müsabiqənin qalibinin təmsil etdiyi ölkə növbəti ildə "Eurovision"a ev sahibliyi edir. Ötən il Bakıda keçirilən müsabiqədə isveçli müğənni Lorin "Euphoria" mahnısı ilə qalib olmuşdu.
"Eurovision-2013"ün II yarımfinalı mayın 16-da, finalı isə mayın 18-də keçiriləcək. Bu ilki müsabiqənin büdcəsi 20 milyon dollardır. Bu, ötən il Bakının sərf etdiyi vəsaitdən xeyli azdır. "Eurovision-2013"ün təşkilatçıları xüsusi effektlərdən imtina ediblər. Bu il müxtəlif səbəblərdən Andorra, Bosniya və Hersoqovina, Lüksemburq, Monako, Polşa, Portuqaliya, Slovakiya, Türkiyə, Çexiya iştirak etməyəcək. Ötən il Bakıdakı müsabiqədə iştirak etməyən Ermənistan bu il iştirakını bərpa edib.
Qeyd edək ki, ilk yarımfinalda 16, ikinci yarımfinalda isə 17 ifaçı çıxış edəcək. Hər yarımfinaldan 10 iştirakçı finala vəsiqə qazanacaq. Böyük Britaniya, Almnaiya, İspaniya, İtaliya, Fransa (müsabiqənin yaradıcıları) və İsveç (ev sahibi) birbaşa finalda çıxış edəcəklər.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB