Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Serbiyalı tanınmış kino xadimləri kinoaktyor Lazar Ristovski və rejissor Yovan Markoviçi qəbul edib. SİA-nın məlumatına görə, görüşdə xalq artisti kinorejissor Vaqiv Mustafayev və Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç də iştirak edib.
Azərbaycanda kino sənətinin hazırkı vəziyyəti ilə bağlı qonaqlara məlumat verən Ə.Qarayev ölkələrimiz arasında kino əlaqələrinin inkişaf etdirilməsi, SPACE televiziya şirkəti ilə Serbiya kino qurumlarının nəzərdə tutduqları birgə layihələrdə Nazirliyin iştirakı ilə bağlı fikirlərini açıqlayıb.
Görüşdə ilkin olaraq qarşılıqlı film həftələri təşkil etmək haqqında irəli sürülən ideya bəyənilib və müvafiq qurumlara bu tədbirlərin keçirilməsi ilə bağlı təklif hazırlanması tapşırılıb. Ötən ilin oktyabr ayında Bakıda keçirilən Beynəlxalq İdman Filmləri Fesivalının münsiflər heyətinə başçılıq edən rejissor Yovan Markoviş paytaxtımızın ötən müddətdə daha da gözəlləşdiyini söyləyərək, azərbaycanlı həmkarları ilə birgə kino layihələrində məmnunluqla iştirak etmək arzusunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB