İsveçin Malmö şəhərində "Eurovision -2013" mahnı müsabiqəsinin rəsmi açılış mərasimi keçirilib. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi xəbərə görə, açılış mərasimi Malmö Operada baş tutub. Açılış mərasimində ötənilki müsabiqənin qalibi Loreen də iştirak edib. Loreen 39 ölkə təmsilçisini İsveçdə salamlayıb və hər birinə uğurlar diləyərək, layiqli iştirakçının qalib olmasını diləyib.
Açılış mərasimində builki müsabiqə təmsilçiləri və nümayəndə heyətlərinin hər biri elan olunub.
Daha sonra mərasim "EuroClub"da davam etdirilib. Təmsilçilər bu məkanda öz ifalarını təqdim ediblər.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB