“Mən teatr haqqında danışmaq istəyirəm”

“Mən teatr haqqında danışmaq istəyirəm”

Bu gün "Mən teatr haqqında danışmaq istəyirəm" layihəsinin yukun mərhələsinə həsr olunmuş təntənəli tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, mərasimdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar artist, Azərbaycan Milli Mərkəzinin prezidenti Mübariz Həmidov, Azərbaycan Milli Mərkəzinin üzvü Pərvanə Kazımzadə, teatrın aktyorları, məktəblilər, media nümayəndələri və başqaları iştirak edib.

Mərasimi giriş sözü ilə açan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov zalda əyləşənləri salamlayaraq layihənin keçirilməsi və məqsədi haqqında ətraflı məlumat verib: " "Mən teatr haqqında danışmaq islayirəm" layihəsini Səbail rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və Azərbaycan Milli Mərkəzi birgə həyata keçirib. Sözügedən layihə Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi, Azərbaycan Respublikası Prezidentinin Azərbaycan teatrının inkişaf etdirilməsi ilə bağlı 2009-cu 18 may tarixli Sərəncamı ilə təsdiq olunan "Azərbaycan Teatrı 2009-2019 illərdə" Dövlət Proqramı, Azərbaycan Milli Dünyəvi Peşəkar Teatrının 140 və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 85 illik yubileyinə həsr olunub. Tədbirin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələrdə qədim və zəngin tarixə malik Azərbaycan teatrı, onun inkişafı mərhələləri, teatr sənətinin görkəmli sənətkarları, Azərbaycan teatrının beynəlxalq teatr səhnəsinə inteqrasiyası, Dövlətimizin Azərbaycan teatrına və onun sənət adamlarına göstərdiyi diqqət və qayğısı haqqında məlumatları genişləndirmək və daha dolğun təsəvvür etməkdir"

Mərasimdə daha sonra 160 saylı klassik gimnaziyanın, 190 və 191 nömrəli məktəblərin uşaqlarının çıxışı izlənilib və Ayla Orucovanı, Maya Novruzovanı və Leyla Bayramovanı qalib elan ediblər. Onları diplomlarla təltifləndiriblər.

Qeyd edək ki, tədbirin sonunda teatrın aktyorları Ümummmilli Lider Heydər Əliyevə həsr olunmuş "Onu zaman seçib" poeması əsasında Bəhram Osmanov tərəfindən hazırlanmış kompozisiyası nümayiş edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə