Azərbaycan Bəstəkarlar İttifaqında ölkəmizdə qonaq olan TÜRKSOY-un baş katibi Düsen Kaseinov və Qazaxıstan Bəstəkarlar İttifaqının sədri Balnur Kıdırbeklə görüş olub. İttifaqdan SİA-ya verilən məlumata görə, onlar TÜRKSOY layihəsi çərçivəsində görkəmli Qazax bəstəkarı SSRİ xalq artisti Yerkeqali Raxmadievin "Alpamıs" operasının premyerasında iştirak üçün Bakıya gəliblər. Qonaqlar bir gün əvvəl Azərbaycan Dövlət Opera və Balet Teatrının kollektivinin ifasında sözügedən operaya baxıblar.
İttifaq katiblərinin və İdarə Heyətinin üzvlərinin iştirakı ilə keçirilən görüşdə qonaqları salamlayan qurumun sədri, xalq artisti Firəngiz Əlizadə xalqlarımız arasında mövcud olan mədəni əlaqələrdən söhbət açıb, bu istiqamətdə gələcəkdə birgə layihələrin perspektivindən bəhs edib. Görüşdə yaxın vaxtlarda türk bəstəkarlarının əsərlərindən ibarət konsertlərin təşki edilməsi ilə bağlı razılıq əldə olunub.
Qonaqar həmin gün Azərbaycan Dövlət Filarmoniyasında Ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr edilən simfonik konsertdə də iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB