“Azərbaycan xalçası: qayğı ilə yaşayan sərvət”

“Azərbaycan xalçası: qayğı ilə yaşayan sərvət”

Bu gün "Azərbaycan xalçası: qayğı ilə yaşayan sərvət" adlı sərgi keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin elmi işlər üzrə direktor müavini Fəridə Quliyeva, Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyində şöbə müdiri Aygün Abbasova, "Azərxalça" İstehsalat Birliyinin rəhbəri Əlisafa Nuriyev, tələbələr, media mənsubları və başqaları iştirak edib.

Sərgini giriş sözü ilə açan Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin elmi işlər üzrə direktor müavini Fəridə Quliyeva Azərbaycan mədəniyyətində irəliləyişlərin olmasında Ulu Öndər Heydər Əliyevin rolunun böyük olduğunu diqqətə çatdırıb: "Azərbaycan mədəniyyətinin, o cümlədən xalça sənətinin inkişafı və yeni müstəviyə çıxması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onu da nəzərinizə çatdırım ki, tədbiri keçirməyimizdə əsas məqsəd Ümummilli Liderin xalça sənətinə göstərdiyi diqqət və qayğını bir daha yada salmaq və onun əziz olan xatirəsini xatırlamaqdır".

Qeyd edək ki, muzey tərəfindən Ulu Öndər Heydər Əliyev haqqında slayd-şou hazırlanaraq mərasim iştirakçılarına təqdim olunub. Həmin video çarxda Heydər Əliyevin xalça sənəti haqqında çıxışı, onun fotoları, ölkənin birinci xanımı Mehriban Əliyevanın xalça sənətinə diqqət və qayğısını əks etdirən fotolar nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə