“Keçmişdən gələcəyə: milli-mənəvi dəyərlərimizin qorunması”

“Keçmişdən gələcəyə: milli-mənəvi dəyərlərimizin qorunması”

Bu gün Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Keçmişdən gələcəyə: milli-mənəvi dəyərlərimizin qorunması" mövzusunda konfrans keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, millət vəkilləri, qəzet redaktorları, media nümayəndələri və başqaları iştirak edib.

Mərasim dövlət himni ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Ulu Öndərin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərindən danışıb: "Ümummilli Lider hər zaman milli-mənəvi dəyərlərimizə qayğı ilə yanaşıb. Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət bu gün ölkə prezidenti İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirilir".

Daha sonra dini qurumlar arası "Tolerantlıq Kuboku" uğrunda mini futbol turniri, "Dini" dözümlülük və tolerantlıq Azərbaycan milli kimliyinin ayrılmaz hissəsi kimi" mövzusunda elan edilmiş məqalə müsabiqəsinin qalibləri, o cümlədən dini icmaların təşəbbüsü, "Dövlət Komitəsinin və Sumqayıt şəhər İcra hakimiyyətinin dəstəyi ilə keçirilən "Yaşıl dünyamızı birgə qoruyaq" adlı ağacəkmə aksiyasında fəqlənən dini icmalar mükafatlandırılıb.

Qeyd edək ki, konfrans dövlət himni ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə