"Hazırda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ASSİTEJ-in baş katibi İvisa Simiçin rəhbərliyi ilə beynəlxalq layihə həyata keçirilir. O, ixtisasca rejissordur. 7 ay əvvəl bağladığımız müqaviləyə əsasən, İ. Simiç A.Tolstoyun "Qızıl açar və yaxud Buratinonun sərgüzəştləri" tamaşasını artıq təhvil vermək üzrədir". SİA-nın məlumatına görə, bunu teatrın direktoru, əməkdar artist Mübariz Həmidov yeniliklər haqqında danışarkən deyib.
Onun sözlərinə görə, adıçəkilən tamaşada teatrın aktyorları rol alıb: "Tamaşanın rejissoru İvisa Simiç, bəstəkarı və rəssamı Xorvatiyadandır. Rəssam Dinka Jeviçeviç, baletmeysteri isə Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrından olan Raulya Turkandır. Səhnə əsərinin premyerası isə mayın 21-də olacaq".
Teatrın direktoru onu da vurğulayıb ki, mayın 23-dən Ukraynanın Donesk şəhər Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru Tatyana Şevçenko Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına dəvət olunub: "O da öz növbəsində balaca tamaşaçılara "Balaca və damda yaşayan Karlson" tamaşasını təqdim edəcək. İlin sonuna qədər daha 3 yeni tamaşaya quruluş vermək fikrimiz var".
"Mayın 12-dən 19-na kimi Türkiyə Cümhuriyyətinin Dənizli Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Teatr Festivalında dəvət olunmuşuq. Həmin festivala 6 nəfərlik heyətlə gedəcəyik. Festivalda " Kontrabas" tamaşası nümayiş olunacaq",- deyə M. Həmidov fikirlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB