Azərbaycan Bəstəkarlar İttifaqının xalqımızın Ulu öndəri, ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr etdiyi silsilə tədbirlərə yekun vurulub. SİA-nın məlumatına görə, İttifaqda "Heydər Əliyevin Azərbaycan musiqisinin inkişafında rolu" mövzusunda elmi-praktik konfrans keçirilib.Tədbirdə ABİ-nin sədri, xalq artisti Firəngiz Əlizadə ümummilli lider Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin yaradılmasında, ölkəmizin beynəlxalq arenada rolunun artmasında əvəzolunmaz xidmətlərindən danışıb.
O, vətəninə hədsiz məhəbbət, xalqının tarixinə, milli-mənəvi dəyərlərinə böyük sevgi və sayğı nümunəsi olan Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin ən uca zirvəsində dayandığını diqqətə çatdırıb: "Bu zirvə xalqımızın inkişaf və tərəqqiyə gedən yolunu daim nurlandırır, dövlətimizin gələcəyinə işıq saçır. Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi illər intibah, müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir. Ümummilli lider Heydər Əliyev elmin, təhsilin, mədəniyyətin inkişafına daim xüsusi diqqət yetirib. O, hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan xalqının xoşbəxt gələcəyi haqqında düşünərək, ölkədə intellektual potensialın formalaşması üçün bilikli kadrların hazırlanmasına şərait yaradıb".
Daha sonra çıxış edən ABİ-nin katibi Zemfira Qafarova dahi rəhbər Heydər Əliyevin zəngin siyasi irsinin, dövlətçilik təcrübəsinin əhəmiyyətindən danışıb. Ulu öndər Heydər Əliyevin dünya siyasətində dəst-xətti ilə seçilən şəxsiyyətlərdən biri olduğunu qeyd edən Zemfira Qafarova Azərbaycan mədəniyyətinin, incəsənətinin qorunması, inkişafı və gələcək nəsillərə çatdırılması istiqamətində Ümummilli Liderin gördüyü böyük işlərdən söz açıb.
Tədbirdə Əməkdar Artist Aygün Zeynalovanın ifasında "Yaşayırsan Ulu Öndər" mahnısının və videoklipin təqdimatı olub. Mahnının musiqisi əməkdar incəsənət xadimi Tahir Əkbərə, sözləri isə Xatirə Rəhimbəyliyə məxsusdur.
Konfransda "Mstislav Rostropoviç və Heydər Əliyev dostluğu" filmindən fraqmentlər nümayiş etdirilib, eləcə də Ulu Öndərin milli bəstəkarlıq məktəbinin inkişafındakı xidmətlərindən, onun bəstəkarlarımıza göstərdiyi qayğıdan bəhs edən məruzələr dinlənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB