Yaradıcılığında qismən ara verən müğənni Bəyimxanım Vəliyeva yenidən səhnə fəaliyyətinə başlayır. SİA-ya açıqlama verən Bəyimxanımın sözlərinə görə, o, yeni mahnı üzərində çalışır.
Bir neçə il öncə "Yollara yağış yağır" mahnısını ərsəyə gətirən Bəyimxanım yenidən bu mövzuya qayıdıb. Musiqisi Ruslan Səfəroğluna, sözləri Sona Vəliyevaya məxsus "Narın yağış" adlı mahnısını yazdıran ifaçı, yeni bəstəsini artıq internet istifadəçilərinin ixtiyarına buraxıb: "Çoxdandır ürəyimcə olan mahnı ifa etmirəm. Səmimi desəm, darıxmışdım. Ərsəyə gətirdiyimiz yeni mahnı ifa tərzimə uyğun olduğu üçün səsləndirdim. Ümidvaram ki, dinləyicilər də çox bəyənəcək".
Yeni layihələrə start verən müğənni bu yaxınlarda sosial yönümlü işlərə də imza atacaq: "Növbəti mahnımız narkotikə "YOX" deyəcək. Sözləri Sona Vəliyeva, musiqisi Novruz Aslana məxsus "Uçurum" mahnısında dərin bir məna var. Mahnı hazır olsa da layihənin son tamamlanma işləri gedir. Yaxında ətraflı məlumat verəcəyik".
Bəyimxanım el şənliklərindən də söz açdı. Müğənnilərimiz əsas qazanc yeri olan toylardan imtina edən ifaçı xanım bu fikirdədir: "Yoldaşımla, ailəmlə gəldiyimiz qərara hörmətlə yanaşıram. Pul müqabilində toya getmirəm. İştirak etdiyimiz toylar yalnız yaxınlarımız ola bilər. Orada da adətim ürzə oxumuram, sadəcə qonaq qismində iştirak edirəm. Bu ənənə neçə ildir davam edir və hər zaman da elə olacaq".
Yuxarıda söz açdığımız "Narın yağış" mahnısına aşağıdakı linkdə qulaq asa bilərsiz:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB