Görkəmli oftalmoloq, tibb elmlərinin inkişafına mühüm töhfələr verən akademik Zərifə Əliyevanın 90 illik yubileyi paytaxtımızın Səbail rayonunda geniş şəkildə qeyd edilir. SİA-nın məlumatına görə, yubiley tədbirləri çərçivəsində bu gün Səttar Bəhlulzadə adına sərgi salonunda görkəmli elm xadiminin əziz xatirəsinə həsr olunan Azərbaycanın tanınmış rəssamlarının əl işlərindən ibarət sərginin açılışı olub.
Sərgini açıq élan edən icra başçısı Asif Əsgərov görkəmli alim, tibb elmləri doktoru, əməkdar elm xadimi Zərifə Əliyevanın həyat və fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verib. O qeyd edib ki, akademik Zərifə Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazanıb.
Tədbirdə daha sonra çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev vurğulayıb ki, Zərifə Əliyevanın elmi- pedoqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib: "Ümummilli lider Heydər Əliyevin ömür gün yoldaşı olan Zərifə Əliyeva görkəmli alim olmaqla yanaşı, həm də fəal ictimai xadim, qayğıkeş ana olub".
Sərgidə həmçinin Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva da iştirak edib.
Çıxışlardan sonra sərgidə nümayiş olunan əsərlərlə tanışlıq olub. Mərasim iştirakçıları rəssamlardan Ömər Eldarovun müəllifi olduğu "Zərifə Əliyevanın abidəsi"nin foto portreti, Oqtay Sadıxzadənin "Zərifə Əliyevanın portreti", "Azərbaycanlı qadının portreti" və digər rəssamların əl işləri maraqla qarşılanıb.
Məlumat üçün bildirək ki, tədbirdə rayonun R. Behbudov adına 2 saylı musiqi məktəbinin şagirdləri müxtəlif klassik musiqi nömrələri ilə çıxış ediblər.
Qeyd edək ki, sərgi Səbail rayon İcra Hakimiyyəti ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə təşəbbüsü ilə baş tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB