Azərbaycanın Xalq Artisti Türkiyədə keçiriləcək beynəlxalq festivalda iştirak edəcək
Mayın 25-dən iyunun 7-dək Türkiyədə Beynəlxalq Samsun musiqi və səhnə sənətləri festivalı keçiriləcək.
Festivalda ölkəmizi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq Artisti Nəzakət Teymurova təmsil edəcək.
Festivalda "Xarı Bülbül" muğam qrupunun müşayiəti ilə sənətçinin ifasında Azərbaycanın muğam və xalq mahnıları səslənəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB