"Parlaq dünya"

Bu gün Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Rəssamlar İttifaqı ilə birlikdə tanınmış rəssam, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü Abbas Kazımovun "Parlaq dünya" adlı fərdi sərgi keçirilib. SİA-nın verdiyi xəbərə görə, mərasimdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev, rəssam Abbas Kazımov, media nümayəndələri və başqları iştirak edib.

Sərgini giriş sözü ilə açan Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev mərasim haqda məlumat verib: "Abbas Kazımovun nəhayət, Azərbaycanda da sərgisi oldu. Bu insanın yaradıcılığı inanıram ki, xalq üçün də maraqlıdır".

Daha sonra Abbas Kazımovun "Parlaq dünya" adlı sərgisinin açılışını edən nazir Əbülfəs Qarayev qırmızı lenti kəsib. Nəzərinizə çatdıraq ki, sərgidə rəssamın 1989-cu ildən 2013-ci ilə qədər çəkdiyi sənət əsərləri (rəngkarlıq və qrafika) nümayiş olunub.

Qeyd edək ki, Abbas Kazımov 1956-cı il yanvarın 1-də Bakıda anadan olub. Ali rəssamlıq təhsili almış, 1979-cu ildən sərgilərdə iştirak etməyə başlayıb. Onun əsərləri Rusiya, Qazaxıstan, Ukrayna, Özbəkistan, Avropa ölkələri, ABŞ və Çində keçirilən sərgilərdə nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə