Bəstəkarlar İttifaqında Elmira Axundova ilə görüş keçirilib FOTO
Ulu öndər Heydər Əliyevin ölməz xatirəsi bütün Azərbaycan xalqı kimi Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin də qəlbində əbədi yaşayır. Onun milli musiqi mədəniyyətimizin inkişafı və təbliği naminə gördüyü müstəsna işlər musiqi tariximizin ən parlaq səhifələrini təşkil edir. Ümummilli lider Heydər Əliyevin 90 illiyi münasibətilə Azərbaycan Bəstəkarlar İttifaqında bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. SİA-nın məlumatına görə, tədbirlər çərçivəsində bu gün Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda "Müasirlərlə dioloq" layihəsi çərçişvəsində "Heydər Əliyev. Şəxsiyyət və zaman" 6 cildlik kitabının müəllifi, əməkdar jurnalist, millət vəkili Elmira Axundova ilə görüş keçirilib. İlk olaraq çıxış edən İttifaqın sədri, xalq artisti Firəngiz Əlizadə bildirib ki, E. Axundovanın yazdığı kitabları oxumayan olmaz: "O çox yaradıcı insandır. Hər zaman müxtəlif sahələrə aid məqalələri ilə diqqəti çəkib. Sosial xarakterli məqalələri isə hər zaman xüsusi diqqət mərkəzində olub. Azərbaycanın elə vətəndaşı yoxdur ki, onun məqalələri ilə tanış olmasın".
Daha sonra çıxış edən kitabın müəllifi E. Axundova vurğulayıb ki, hər hansı insan haqqında bildikdə onun barəsində danışmaq çox çətindir: "Ulu Öndər Heydər Əliyev uzaqgörən, müdrik insan olmaqla yanaşı, həm də gözəl həmsöhbət idi.
Bu gün ümummilli lider Heydər Əliyevin amalları, bütün həyatını həsr etdiyi, canından artıq sevdiyi, qurub yaratdığı Müstəqil Azərbaycan yaşayır və daim inkişaf edir".
Məlumat üçün bildirək ki, tədbir müəllifin Ulu Öndər Heydər Əliyev barədə xatirələrini bölüşməklə davam edib.
Qeyd edək ki, uzun illərin bəhrəsi olan kitabda Heydər Əliyevin zəngin həyatı və fəaliyyəti ilə bağlı son dərəcə tarixi əhəmiyyətə malik maraqlı faktoloji materiallar və xatirələr öz əksinin tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB