Bu gün "Vektor" Beynəlxalq Elm Mərkəzinin Şahmar Əkbərzadə adına poeziya mükafatları laureantları Ədalət Əsgəroğlunun "Haqdan gələn gözəl gəlir" və Kəmaləddin Qədiminin "Yaşamaqda nə varsa" adlı kitablarının təqdimetmə mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, onları təbrik etmək üçün "Vektor" Beynəlxalq Elm Mərkəzinin prezidenti, şair Elçin İsgəndərzadə, yazıçılar Ədalət Əsgəroğlu və Kəmaləddin Qədimi, politoloq Mirkazım Seyidov,media nümayəndələri və incəsənət adamları iştirak edib.
Tədbiri giriş sözü ilə açan "Vektor" Beynəlxalq Elm Mərkəzinin prezidenti, şair Elçin İsgəndərzadə qonaqları salamlayaraq hər iki səbəbkara uğurlar arzu edib.
Mərasimdə söz alan politoloq Mirkazım Seyidov yazıçı Ədalət Qəhramanoğlunu təbrik edərək mükafat verib.
Daha sonra tədbirdə Ədalət Qəhrəmanoğlunun emosiyaları ilə şeir deməsi hər kəsi təəccübləndirib və alqışlarla qarşılanıb.
Qeyd edək ki, təqdimetmə mərasimi qonaqların çıxışı ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB