"Azərbaycanlı qız Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğanı kövrəltdi". SİA-nın məlumatına görə, bu gün bütün portallarda yer alan həmin xəbər Azərbaycanda əks-səda doğurdu. Türkiyədə 35-ci dəfə keçirilən "TRT 23 Nisan Cocuk şənliyi"ndə baş nazir Rəcəp Tayyip Ərdoğan 23 aprel Türkiyə müstəqilliyi və uşaqlar günü münasibətilə bayram tədbirlərində iştirak etmək məqsədilə dünyanın müxtəlif ölkələrindən Ankaraya gələn uşaqları qəbul edib. Ərdoğan qısa nitqlə çıxış edərək qeyd edib ki, dünya mədəniyyətləri və xalqları arasındakı fərqlər insanlığın əsl var-dövlətidir və gələcək nəsillərə dünyanı münaqişələrsiz və müharibələrsiz ötürməyə çalışmaq lazımdır.
Baş nazirin çıxışından sonra dünyanın müxtəlif ölkələrindən gəlmiş uşaqlara müxtəlif nominasiyalar üzrə medallar verilib. Azərbaycan təmsilçisi kimi səhnəyə dəvət edilən 9 yaşlı qızın çıxışı isə bütün iştirakçıları və qardaş ölkənin dövlət rəsmilərini çox duyğulandırıb.
Türkiyənin bütün kanalları və yerli mətbuatı bu hadisəni manşetlərə çıxarıb. O, Türkiyə baş nazirinə Azərbaycan milli musiqi alətlərinin miniatür nümunələrini hədiyyə edərək, "Hörmətli baş nazir, sizdən və dünyanın bütün liderlərindən bir xahişim var: dünya uşaqları və onların gülüşünü qoruyun. Bu dünya uşaqlarla daha gözəldir. Lütfən, gözəlliyi qoruyun!" sözlərinin qarşısında kövrələn baş nazir Rəcəb Tayyib Ərdoğan Azərbaycan milli geyimində olan təmsilçimizi öpərək, ona hədiyyələr bəxş edib.
Balaca qızcığazın çıxışı vətənimizdə də böyük maraqla qarşılanıb və bu, son günlərdə kütləvi informasiya vasitələrinin gündəmində olan xəbərə çevrilib. Müracəti ilə dünya liderlərini sülhə, barışa səsləyən təmsilçimiz kimdir? Bildiririk ki, Ayan Əsədzadə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının Yaradıcılıq Studiyasının rəqs kollektivinin üzvü, eyni zamanda Bakı Xoreoqrafiya Məktəbinin 4-cü sinif şagirdidir.
Ayan Əsədzadə bayram günlərində həmçinin, Türkiyənin prezidenti Abdulla Gül, TRT rəhbərliyi vəTürkiyə Parlamentinin üzvləri ilə də görüşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB