Yaradıcılıq gecəsinə kimlər təşrif buyurub ?

Yaradıcılıq gecəsinə kimlər təşrif buyurub ?

Bu gün ustad Aşıq Ələsgər Tağıyevin (Çopur Ələsgər) yaradıcılıq gecəsinə həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, səbəbkarı tək qoymamaq üçün millət vəkili Qənirə Paşayeva, xalq şairi Zəlimxan Yaqub, ustadın oğlu Kamandar Soyutürk, saz ifaçıları, filologiya elmlər doktorları, professorlar, media nümayəndələri və başqaları təşrif buyurb.

Mərasimi idarə etmək isə AMEA-nın Foklor İnistutunun "Aşıq yaradıcılığı" şöbəsinin müdiri, filologiya elmlər namizədi Elxan Məmmədliyə həvalə olunub.

Tədbir Aşıq Ələsgər Tağıyevin (Çopur Ələsgər) yaradıcılığından ibarət video çarxla başlayıb.

Daha sonra onun gecəsinə təşrif buyuran hər kəs Aşıq Ələsgəri dəstəkləyərk uğurlar arzu ediblər.

Nəzərinizə çatdıraq ki, ustad Aşıq Ələsgər Tağıyev (Çopur Ələsgər) 1930-cu ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olmuş və hazırda orada yaşayır. Ustad ömrünün 54 ilini sənətini həsr edib və Aşıq Hüseyn Rzayev, Aşıq Əkbər Cəfərov kimi müəllimləri olub.

Qeyd edək ki, sözügedən yaradıcılıq gecəsi "Beynəlxalq Avrosiya Araşdırmalar İnstitutu" İctimai Birliyinin dəstəyi ilə həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə