"Ruhum Qarabağlıdır" Qırğızıstanda

"Ruhum Qarabağlıdır" Qırğızıstanda

Millət vəkili Qənirə Paşayevanın "Ruhum Qarabağlıdır" şeirlər silsiləsi əsasında Xocavənd Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə hazırlanmış eyni adlı film qırğız dilində Qırğızıstan televiziya kanallarında nümayiş olunacaq. SİA xəbər verir ki, hazırda film qırğız dilinə tərcümə olunur. "Ruhum Qarabağlıdır" adlı bədii kompozisiya janrında çəkilmiş film Şuşa şəhərinin işğalının 21-ci ildönümü ərəfəsində Bişkekdə təqdim olunacaq və yerli telekanallarda nümayiş etdiriləcək.

Qeyd edək ki, Şuşa şəhərinin işğalına həsr edilmiş bu filmin "Qırğızfilm" kinostudiyasında dublyaj edilməsi və təqdimatının keçirilməsinin təşəbbüskarları Bişkekdəki Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu (TDSDF), "Qırğızıstan Azərbaycanlılarının Əlaqələndirmə Mərkəzi" İctimai Birliyi, İssıkkuldakı "Xəzər" İctimai Birliyi, "Qırğızıstan Azərbaycanlıları Konqresi" İctimai Birliyi, Kara Balta Azərbaycanlılarının "Содружество" Cəmiyyətidir. Azərbaycan həqiqətlərini qırğız xalqına çatdıracaq "Ruhum Qarabağlıdır" filminin təqdimat mərasimində Qənirə Paşayevanın və filmin ideya müəllifi Bəxtiyar Qaracanın iştirakı da nəzərdə tutulub.

Məlumat üçün bildirək ki, film Azərbaycan dilində televiziya kanallarında artıq nümayiş olunub. Filmin özəlliyi ondan ibarətdir ki, bu filmdə peşəkar aktyor və aktrisalar deyil, Dağlıq Qarabağdan, Xocavənddən Ermənistanın işğalı nəticəsində məcburi köçkün düşmüş insanlar, şəhid ailələri iştirak edib.

Filmin Azərbaycan dili versiyasını bu linklərdən izləmək olar:

Bütün xəbərlər Facebook səhifəmizdə