Bu gün İçəri Şəhər Şirvanşahlar Sarayı Kompleksində "Seyid Yəhya irsinin tanıdılması və təbliği" silsilə tədbirləri çərçivəsində Seyid Yəhya Bakuvinin "Şəfaül Əsrar" kitabının təqdimatı keçirilib. SİA-nın məlumatına görə, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Mehmet Rıhtım tərəfindən hazırlanan kitabın ön sözünün müəllifi millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu İB-nin sədri Qənirə Paşayevadır.
Təqdimat mərasimində çıxış edən millət vəkili və kitabın ön sözünün müəllifi Q. Paşayeva bildirib ki, kitab uzun illərin əməyinin bəhrəsi kimi nəşrə hazırlayan Dos. Dr. Mehmet Rıhtım əsərin tərcüməsi ilə yanaşı, onun izahını da sizlərə təqdim edir: "Seyid Yəhyanın üslubu saxlanılmaqla əsərin tərcüməsi və izahlarda son dərəcə dəqiqlik və səliqəliliyə əməl edildiyi aydın görünür. Mehmet Rıhtım Azərbaycan təsəvvüf tarixinin, özəlliklə xəlvətilik sufi məktəbinin əsas tədqiqatçılarından olub, Seyid Yəhya irsinin nəinki Azərbaycanda, həm də dünyada tanıdılması üçün böyük əmək sərf edib, etməkdədir. Belə ki, Seyid Yəhyanın "Şəfaül Əsrar" əsərinin Türkiyə türkcəsində artıq iki nəşri işıq üzü görmüş, habelə alban və ingilis dillərinə çevrilməsinə başlanıb".
Daha sonra çıxış edən Mehmet Rıhtım qeyd edib ki, "Şəfaül Əsrar" əsəri İslam fəlsəfəsinin nadir əsərlərindəndir: "Seyid Yəhya sanki bu əsərində kamil insanı inşa etmək üçün yol, nizamnamə qoyub getmişdir. Bu yolda, el ağzı ilə desək, şəyirdə ustad lazım olduğu kimi mərifət axtarışında olana da, mütləq kamil insan, mürşid lazımdır deyən Seyid Yəhya murada çatmaq üçün elm, ibrət almaq üçün göz, yola girib məqsədə çatmaq üçün isə vasitənin vacibliyini vurğulayır".
Məlumat üçün bildirək ki, əsər "Quran" ayələri və onların təfsirləri, Hz. Peyğəmbərin (s.a.s.) hədisləri, hikmətli sözlər və kəlamlarla zəngin olub, onun ürfani-fəlsəfi məktəbinin əsaslarının açıqlanmasında istifadə edilib. Seyid Yəhyanın zəmanəsinin ruhuna və ədəbinə uyğun qələmə aldığı "Şəfaül-Əsrar" əsəri Azərbaycanın təsəvvüf tarixində özünəməxsus yer tutmaqla yanaşı, həm də xüsusi mərhələdir.
Qeyd edək ki, Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu İB-nin dəstəyi ilə çap olunan kitabın elmi redaktoru fəlsəfə elmləri doktoru Zümrüd Quluzadə, filologiya elmləri doktoru, professor Azadə Musayeva, redaoktoru filologiya elmləri doktoru, professor Minəxanım Təkləli, filologiya elmləri fəlsəfə doktoru Nəzakət Məmmədova, rəyçilər filologiya elmləri doktoru, professor Möhsün Nağısoylu, filologiya elmləri doktoru Kamandar Şərifli, filologiya elmləri doktoru Səadət Şıxıyevadır.
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB