İlqar Orucov: “Vatikandan gətirilən əl yazmalar qiymətli əsərlərdir”
"Bu əl yazmaların gətirilməsinə Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva xüsusi dəstək verib"
Müsahibimiz Azərbaycan Gənc Alim, Aspirant, Magistir təşkilatının sədri İlqar Orucovdur
- Azərbaycanda yeni qanunvericiliyə əsasən alimlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulur. Sizcə, bu qanunun icrası ümumilikdə problemlərin həllində nə kimi rol oynayacaq?
- Ümumiyyətlə, bu gün Azərbaycan cəmiyyətində elm adamlarını narahat edən məqamlardan biri alimlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Bu problemlə bağlı konkret işlərin görülməsi üçün dövlətimizin iqtisadi imkanları yetərlidir. Bu baxımdan müvafiq qanunvericilik aktları qəbul edilir, baza formalaşdırılır. Bu səpkidə işlərin həyata keçirilməsi alimlərimizdə elmi inkşaf etdirmək üçün bir stimul yaradacaq. Qeyd edim ki, xüsusilə gənc alimlərimiz mənzillərinin olmamasından şikayətlənirlər. Cənab Prezidentimiz tərəfindən 2007-ci ildə "Güzəştli İpoteka Kreditləri"nin verilməsi ilə bağlı fərman imzalandı və fərmana əsasən bu kreditlərdən yararlana bilən insanlar müəyyənləşdirildi. Bu insanlar içərisində fəlsəfə doktorları və elmlər doktorları var. Yaşı 35 yaşa qədər olan insanlar ipoteka kreditlərindən istifadə edə bilirdilər. Aprelin 14-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetində keçirilən müşavirədə ölkə başçısının müvafiq qurumlara ipateka kreditlərinin verilməsi ilə bağlı tapşırıqları oldu. Bildiyim qədər yeni qaydalar üzərində işlər aparılır. Biz təklif etmişdik ki, gənc alimlərin yaş məhdudiyyəti 35 deyil 40 götürülsün. Hətta Avropa ölkələrində yaş məhdudiyyəti 43-ə qədərdir. Başqa bir təklif isə veriləcək güzəştli ipoteka kreditlərinin məbləğinin artırılması və müddətin uzadılması oldu. Hesab edirəm ki, bu şərtlər altında gənc alimlərimiz güzəştli ipotekadan yararlana biləcəklər. Digər tərəfdən Azərbaycan elminin inkişafı ilə bağlı milli strategiya qəbul olundu. Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramında da alimlərin sosial-məişət problemlərinin həlli ilə bağlı xüsusi bəndlər qeyd edilib. Strategiya həyata keçirilərkən biz konkret addımların şahidi olacayıq.
- Sizcə Azərbaycanda dünya miqyaslı tədqiqatlarin, elmi kəşfilərin olmamasını nə ilə izah etmək olar?
- Mən deməzdim ki, ölkəmizdə elmi tədqiqatların səviyyəsi aşağıdır və yaxud da kifayət qədər deyil. Azərbaycanda çox ciddi elmi tədqiqatlar aparılır, alimlərimizin çox ciddi uğurları var. Sadəcə, olaraq elmlə məşğul olan insanlar elmi ixtiralarını cəmiyyətə təqdim etməkdə, təbliğdə problemlər yaşayır. Hesab edirəm ki, Elmlər Akademiyası bir dövlət qurumu olaraq bu işlərə xüsusi diqqəti artırmalıdır. Yəni, alimlərin elmi işlərini cəmiyyətə çıxarılması, təbliğ edilməsi üçün şərait yaratmalıdır. Həmçinin KİV-nin də elmin təbliğ edilməsi ilə bağlı müəyyən qədər günahları var. Hal-hazırda televizyalarda daha çox kütləyə ünvanlanmış verlişlərə üstünlük verilir. Elmlə bağlı verlişlərimiz demək olar ki, yox səviyyəsindədir.
- Azərbaycan alimləri ilə bir sıra xarici ölkələrin alimləri arasında geniş əməkdaşlıq əlaqələri mövcuddur. Sizcə, bu əlaqələr Azərbaycan elminin inkşafına nə kimi tövhələrini verir?
- Ölkəmizdə son dövrlərdə elm çox yüksək templə inkişaf etməkdədir. Ümumilli Liderimiz Heydər Əliyev tərəfindən Elmlər Akademiyasına dünyada analoqu olmayan status, dövlətin elm və elmi texniki siyasətini həyata keçirdən ali dövlət təşkilatı adı verilməsi ilə elmimiz dünya müstəvisində sözünü deməyə qadir oldu. Bu status nəinki post sovet məkanında, eyni zamanda dünyada tayı bərabəri olmayan bir statusdur.
- Vatikandan əlyazmalar Azərbaycana gətirildi. Əlyazmalarda daha nələrin yazıldığını və hansı tarixi şəxsiyyətlərin bu əl yazmalarda imzası olduğu bildirilir. Düşünmürsünüz ki, həmin əl yazmaların mahiyyəti ilə bağlı hər hansı bir kitabın hazırlanıb, cəmiyyətə təqdim olunmasında ehtiyac var?
- Azərbaycana Vatikandan əlyazmaların gətirilməsi son illərdən başlanılıb. Bununla bağlı xüsusilə əlyazmalar insitutu ciddi işlər aparır. Vatikandan gətirilən əlyazmalar Azərbaycan tarixini, ədəbiyyatını özündə əks etdirən əhəmiyyətli, qiymətli əsərlərdir. Bu əlyazmaların gətirilməsi ilə bağlı Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva xüsusi dəstək verib. Azərbaycana əlyazmaların gətirilməsi yüksək məbləğdə pul tələb edir. Alimlərimizin üzərinə düşən vəzifə isə bu əlyazmalarla tanış olub, kitab şəklinə salaraq cəmiyyətə çatdırmaqdır. Elə əl yazmalar var ki, onların tərcümə edilməsi üçün kadr hazırlığına ehtiyac var. Bu istiqamətdə işlər davam etdirilir.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB