Məşhur azərbaycanlı pianoçu İslam Manafovun övladları, beynəlxalq müsabiqələr laureatları, Abuzər və Turan Manafovlar aprel ayından etibarən Bakının bir-sıra musiqi məktəblərində Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş fortepiano musiqisindən ibarət silsilə konsert proqramları ilə çıxış edirlər. SİA-nın məlumatına görə, qardaş Türkiyə Respublikasında yaşayıb-yaradan bu ailə musiqi ənənələrinə bağlılığı ilə seçilir.
Orta Şərq və Avropada şöhrət tapmış İslam Manafovun yolunu övladları Abuzər və Turan layiqincə davam etdirirlər. Türkiyə Respublikasının Mimar Sinan Konservatoriyasının məzunları olan gənc pianoçu - ifaçılar Abuzər və Turan Manafovlar 2006-cı ildə "Onay Sanat Piano Musabiqəsi" ndə iştirak edib, Turan Uğur Mükafatlarına, Abuzər isə 2-cilik mükafatına layiq görülüblər.
2009-cu ildə Bolqarıstanın Sofia şəhərində keçirilən "Lubomir Pipkov Beynəlxalq Musiqi Musabiqəsi-Lyuba Entcheva Piano Musabiqəsi"ndə Turan Uğur Mükafatlara, Abuzər isə 4-cülük mükafatına layiq görülüblər.
Dünyanın məşhur pianoçu sənətkarlarından Vladimir Viardo, Oksana Yablonskaya, Vincenzo Balzani ve Myrthala Salazardan master-klass götürən Abuzər və Turan Manafovlar 2009-cu ildə Qəbələ Belnəlxalq Piano Musabiqəsinə qatılıb və böyük uğur qazanıblar.
Qeyd edək ki, Azərbaycan və Türkiyənin bir çox şəhərlərində uğurla çıxış edən istedadlı virtuozlar Almaniyanın Hannover, Braunschweig ve Wolfenbuttel şəhərlərində konsertlər veriblər.
Bakı şəhərində silsilə konsert proqramları ilə çıxış edən istedadlı ifaçılar 6 saylı uçaq musiqi məktəbində Şopenin. Skryabinin, Listin əsərlərini yüksək professionallıqla ifa edib, müsabiqəsevərlərin böyük sevincinə səbəb olublar.
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş bu konsertlər aprelin sonuna kimi davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB