Azərbaycan Dövlət Musiqili Komediya Teatrının nəzdində fəaliyyət göstərən Yaradıcılıq Studiyasının rəqs kollektivi Türkiyəyə yola düşüb. Bütün dünyaya yayımlanan TRT-nin xətti ilə 35-ci dəfə keçirilən Beynəlxalq Cocuq Festivalında bu dəfə Azərbaycanı Musiqili Komediya Teatrının balaca artisləri - Yaradıcılıq Studiyasının üzvləri təmsil edəcəklər.
Teatrdan SİA-ya verilən məlumata görə, İzmir şəhərində keçiriləcək festivalda kollektivin 10 yaşdan 13 yaşa kimi 13 solisti iştirak edəcək. Bu il həmin festivala dünyanın 110 ölkəsindən balaca istedadlar qoşulacaq. Azərbaycanlı uşaqlar eyni zamanda, dəvət olunan nümayəndələr arasından seçilən 10 ölkənin balaca elçiləri ilə birlikdə İstanbuldakı şənliklərə də qatılacaqlar.
Dünyanın ən müxtəlif meridianlarından gələn çocuqlar bayram günlərində Ankaraya gedəcək, TRT rəhbərliyi, Türkiyə Parlamentinin üzvləri, Baş Nazir Rəcəb Tayyib Ərdoğan və hətta Cumhurbaşqanı Abdulla Güllə də görüşəcəklər.
Balacaların çıxışları aprelin 23-də TRT kanalı ilə canlı yayımlanacaq. Uşaqlar möhtəşəm konsert proqramlarında Azərbaycanın milli rəqslərini ifa edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB