Təzə kitab birinci sevgi kimi əzizdir, doğmadır, yaddaqalandır. Mən bunu Əlihüseynin kitabını uzaq Şimalda, Murmansk şəhərində əlimə alanda bir daha hiss etdim, bildim, çox sevindim və bu sevinci onu tanıyanlarla da birlikdə bölüşdük, bir araya gəlib Murmansk vilayəti "Ümumrusiya Azərbaycan Konqresi"nin fəalları ilə birlikdə soydaşımızın yeni kitabının disputunu keçirtdik. İlkin sözü mən danışdım. Dedim ki, mənim üçün fərqi yoxdur, bir insan harada doğulmağından asılı olmayaraq soydaşımızdırsa, yaradıcıdırsa, o, əzizdir. İndi bizim yüz cür kitablarla bərabər diasporumuzun fəal üzvü, əsl azərbaycanlı, vətənpərvər ziyalı Əlihüseynin də "Ömür keçdi, gün keçdi..." kitabı stolumuzun, rəflərimizin bəzəyi olacaqdır...
Bu kitab mənim gözlərimin önündə hazırlanıb, "ətə - qana" dolub, 200 səhifəlik "Ömür keçdi, gün keçdi..." adlı monumental bir sənədli kitab ərsəyə gəlib və oxuculara çatdırılıb.
Yeni kitab Bakı şəhərində, "Elm və təhsil" nəşriyyatında 500 ədəd tirajla çapdan çıxmışdır. Jurnalist – politoloq Əlihüseyn Şükürovun "Ömür keçdi , gün keçdi..." adlı bu kitabı gözəl Muğan elinin ağsaqqalı, kolxoz qurucusu – Masallı rayonundakı "Pravda" kolxozunun (Çaxırlı kəndi) 30 ildən çox sədri işləmiş, Masallı Rayon Partiya Komitəsinin sabiq büro üzvü, Azərbaycan SSR Ali Sovetinin deputatı, keçmiş SSRİ məkanında yaxşı tanınan, Lenin ordenli Qəni Almaz oğlu Əmiraslanovun müqəddəs ruhuna və unudulmaz xatirəsinə ithaf olunan yeganə sənəd nümunəsidir. Kitab sadə dildə yazılmış və retro foto-şəkillərdən istifadə olunmuşdur.
"Ömür keçdi, gün keçdi..." adlı bu kitabda Hakim Əmiraslanov, Atabala Hacıyev, Məmmədhüseyn Həsənov, Cavanşir Əsədov, Nəbi Nəbiyev, Hacı Mir Qiyas Hüseynli, Kərəm Bağırov, Sərhəd Musayev, Ağamməd Nuruyev, Seyfulla Xəlilov, Cavanşir Nəbiyev, Əli Əlişov, Barat Cəfərov və başqalarının xatirələri toplanmışdır.
Masallı rayonundakı "Pravda" kolxozunun 30 ildən çox sədri işləmiş, Masallı Rayon Partiya Komitəsinin sabiq büro üzvü, Azərbaycan SSR Ali Sovetinin deputatı, keçmiş SSRİ məkanında yaxşı tanınan, Lenin ordenli Qəni Almaz oğlu Əmiraslanov haqqında xatirələri öz əksini tapmışdır.
"Ömür keçdi, gün keçdi..." adlı bu kitabda Ulu Öndər Heydər Əliyevin, onun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin mənbəli sözlərindən istifadə edilmişdir.
Müəllif qəhrəmanının həyatı, əməyi və fəaliyyətini açıq şəkildə göstərməyə səy etmişdir. Kitabda Qəni Əmiraslanov tanınmış rəhbər, ictimaiyyət üçün qiymətli şəxsiyyət və el ağsaqqalı kimi dəyərləndirilir. Onun ömür yolu hər birimizə, müasir Azərbaycan gəncliyi üçün örnək, nümunədir.
Həmvətənlimizin yeni kitabına həsr olunmuş tədbirdə sahibkarlar, tələbələr, müəllimlər, hökümət və bələdiyyə işçiləri iştirak etmişlər. Çıxış edənlərdən Sadiq Salmanov, Faxrəddin İbadov, Şəmşir Şükürov, Vüsal İbrahimov, Elvin Hüseynov, Yaqub Şükürov, Xaləddin Cəfərov da tanıdıqları, hər gün rastlaşdıqları və kef-əhval tutduqları yaradıcı insanın haqqında xoş söz söyləmişlər.
Tədbir iştirakçılarına "Ömür keçdi gün keçdi..." kitabı, həmçinin H. Əliyev Fondunun, Azərbaycanın Rusiyadakı səfrliyinin, Sankt-Peterburq şəhərindəki Azərbaycan Baş Konsulluğunun, bir çox redaksiyaların nəşrləri paylanmışdır.
Murmansk vilayəti "Ümumrusiya Azərbaycan Konqresinin"ə ünvanladığı müxtəlif kitablar, jurnallar və qəzetlər paylanmışdır.
Azərbaycanın və Rusiya Jurnalistlər İttifaqının üzvü, "Qızıl Qələm" mükafatı laureatı, jurnalist, tərcüməçi Ə. Şükürov 19 mart 1960-cı ildə Masallı rayonunun Yeddioymaq sovetliyinin Qasımlı kəndində anadan olmuşdur. Bakıda, Moskvada ali təhsil almış , Rusiya Federasiyasının Prezidenti yanında Ali İdarəçilik Akademiyasını bitirmişdir.
2004-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü, Murmansk Vilayəti Qubernatorunun yanında Millət Məsələləri üzrə Məsləhət Şurasının üzvüdür.
Komsomol, partiya, mətbuat və təsərrüfat orqanlarında işləmişdir. Hazırda Əlihüseyn Şükürov Murmansk vilayəti "Ümumrusiya Azərbaycan Konqresinin" Mətbuat, informasiya və ictimaiyyətlə iş mərkəzinin rəhbəridir.
Rusiya Federasiyasının Murmansk vilayətində çəkilən "Novruz 2008" televiziya filminin ssenari müəllifidir.
"Ömür keçdi, gün keçdi..." adlı bu kitabın baş redaktoru , Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl Qələm" media mükafatı laureatı İbrahim Məmmədhüseyn oğlu, rəyçiləri isə "Respubilka" qəzetinin məsul katibi İlham Paşayev və Murmansk Vilayəti İctimai Palatasının üzvü və ərazi "Ümumrusiya Azərbaycan Konqresi"nin sədri Afil Hüseynovdur.
Afil Hüseynov
RF Murmansk Vilayəti İctimai Palatasının üzvü və ərazi "Ümumrusiya Azərbaycan Konqresi"nin sədri.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB